logo

Bakıda İET ölkələri Kənd təsərrüfatı nazirlərinin VI görüşü keçiriləcək

18:15 02-12-2019 | icon 2408
Bakıda İET ölkələri Kənd təsərrüfatı nazirlərinin VI görüşü keçiriləcək

Dekabrın 3-4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin VI görüşü keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, toplantıda təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, o cümlədən üzv ölkələrin nazirləri və kənd təsərrüfatı üzrə ekspertləri iştirak edəcəklər. 

Bildirilib ki, toplantının keçirilməsi haqda qərar noyabrın 9-da  Antalyada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclasında qəbul olunub.

Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edib. İslacda İƏT-ə sədrlik Tacikistandan Türkiyəyə keçib. 

Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Hazırda təşkilatın Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İran daxil olmaqla 9 üzvü var. 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.

Bundan əlavə bir sıra ölkələr də İƏT-in toplantılarında məşvərətçi səslə iştirak edirlər.