logo

Türkiyənin kənd təsərrüfatı naziri Azərbaycana gələcək

12:53 02-12-2019 | icon 231
Türkiyənin kənd təsərrüfatı naziri Azərbaycana gələcək

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli Azərbaycana səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb. Bildirilir ki,  səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçiriləcək VI görüşündə iştirak etməkdir.

Dekabrın 3-4-də keçirilməsi planlaşdırılan görüşə təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, o cümlədən üzv ölkələrin nazirləri və kənd təsərrüfatı üzrə ekspertləri qatılacaq.

Qeyd edək ki, bu görüş barədə qərar İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının noyabrın 9-da Antalyada keçirilmiş 24-cü iclasında qəbul olunub.