“Bakutel 2019” sərgisində 23 ölkədən 238 şirkət iştirak edəcək
Dekabrın 3–də Bakı Ekspo Mərkəzində öz işinə başlayacaq “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində dünyanın 23 ölkəsindən 238 şirkəti iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə sərgi təşkilatçılarının bu gün keçirdikləri mətbuat konfransında bildirilib.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, ölkəmizin İKT sahəsini tərənnüm etdirən, dünyaya çatdıran “Bakutel 2019” sərgisi bu sahədə ən önəmli tədbirlərdəndir. Sərgidə 25 il ərzində 50 ölkədən 3 min şirkət təmsil olunub və 160 min ziyarətçi iştirak edib.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu tədbiri dəstəkləyir. Hər il sərgidə il ərzində gördüyümüz işlərə yekun vururuq. Nazirlik tərəfindən təşkil olunan milli pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, “Elektron imza” infrastrukturu, Data mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də dəstəklən bir sıra startap layihələri yer alıb. Sərginin ikinci zalında IoT (əşyaların interneti) texnologiyaları təqdim olunacaq. Azərbaycanda son illər bu istiqamətdə də bir sıra tədbirlər həyata keçirilir”, - deyə E.Vəlizadə bildirib.
“Caspian Evebt Organisers” şirkətinə rəhbəri Edvard Stroon bildirib ki, bu il sərgi yeni brend və formatda təqdim ediləcək. Belə ki, sərginin xüsusiyyəti əsas diqqətin texnologiyaların özünə deyil, qabaqcıl texnologiyaların köməyi ilə səhiyyə, inşaat, neft-qaz sənayesi və təhsil kimi sahələrdə real tapşırıqların həllinə yönəldilməsidir. Sərgi çərçivəsində dekabrın 4-də Bakıda "Boulvard hotel"də II “Xəzər İnnovasiya Konfransı 2019” keçiriləcək.
Çıxışlarda qeyd edilib ki, sərgi xüsusilə ixtisaslaşmış seminarlar, yeni məhsulların təqdimatı və “B2B” formatlı görüşlərin daxil olduğu maraqlı işgüzar proqramla da mütəxəssislərin diqqətini cəlb edəcək. Sərgi ilə yanaşı, ardıcıl olaraq ikinci il “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “bakutel Tech Talks” platforması 3 müzakirə sessiyasından ibarət olacaq. Artıq ənənəvi olaraq “Bizimkilər” sessiyasında xaricdəki tanınmış İT şirkətlərində çalışan həmvətənlərimiz çıxış edəcək. İkinci “Women Tech Talks” sessiyasında İT sahəsində uğurlara imza atan qadınlar iştirak edəcək və hazırda üzərində çalışdıqları layihələr barədə məlumat verəcəklər. Üçüncü “FinTech Talks” sessiyasında bank və İT sektorlarının nümayəndələri yaxın gələcəkdə tətbiqi zəruri olan texnologiyaları müzakirə etmək üçün bir araya gələcəklər. Builki sərginin yeniliyi sərgi salonunda yerləşən, biznes və gündəlik həyat üçün şirkətlərə təqdimat formasında innovativ həll variantlarını elan etmək imkanı verən “İnnovasiyalar zonası” adlı interaktiv platforma olacaq.
Sərgidəki ab-hava parlaq yubiley tədbirləri ilə daha da dolğun olacaq. Həmçinin burada ziyarətçilərə “VR” və “AR” texnologiyalarına əsaslanan məhsulların, yeni robot texnikaları və digər məhsulların təqdim ediləcəyi ayrıca “Oyun zonası” yerləşəcək. Sərginin sponsorlarından biri qismində İsveçrənin “Mitto” şirkəti çıxış edir. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və fəal iştirakı ilə keçiriləcək.
Sərgilər ilə əlaqədar olan tədbirlərə hələ sərgilər başlamazdan əvvəl start veriləcək. Eksponentlər təşkilatçılar tərəfindən iştirakçıların sərginin bütün resurslarından səmərəli şəkildə istifadəsinə və nəticədə də sərgidən daha çox fayda əldə etməsinə kömək etmək məqsədi ilə keçirilən işgüzar səhər yeməyində bir araya gələcəklər. Hər sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər, müzakirələr və müsabiqələr təşkil ediləcə
Sərgi dekabrın 6-dək davam edəcək.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb