logo

ABŞ Gürcüstana rekord səviyyədə maliyyə yardımı ayıracaq

10:12 02-12-2019 | icon 2590
ABŞ Gürcüstana rekord səviyyədə maliyyə yardımı ayıracaq

Gələn il Gürcüstan ABŞ-dan müdafiə sahəsi üçün rekord səviyyədə maliyyə dəstəyi alacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,     bu barədə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

“Gürcüstan üçün ABŞ-ın dəstəyi olduqca vacibdir. Biz Gürcüstanın beynəlxalq orbitdən itəcəyi və ölkəmizin NATO-ya üzvlüyünün təhlükə altında olması barədə tez-tez eşidirik. Bu fikirlər həqiqətə uyğun deyil. Ölkəmiz NATO-ya üzvlük yolunda qətiyyətlə addımlayır. ABŞ-ın maliyyə yardımını artırması isə bizim düzgün yolda olduğumuzu sübut edir”,-deyə komitə sədri vurğulayıb. 

O, ABŞ-ın gələn il Gürcüstana hərbi məqsədlər üçün ayıracağı yardımın məbləğini açıqlamasa da bunun rekord həcmdə olacağını söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində üçillik əməkdaşlıq sazişi imzalanıb.