logo

Bitərəf deputat parlamentin buraxılmasına kəskin etiraz edib

23:49 01-12-2019 | icon 2205
Bitərəf deputat parlamentin buraxılmasına kəskin etiraz edib

Milli Məclisin bitərəf deputatalrından biri növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı YAP-çı deputatların müraciətinə öz kəskin etirazını bildirib və bununla bağlı bitərəflərin müraciətinə imza atmaqdan imtina edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Milli Məclisdən adının çəkilməsini istəməyən mənbə "etikxeber.az"a bildirib. Mənbənin məlumatına görə, noyabrın 30-da Milli Məclisdə təmsil olunan bitərəf deputatların yığıncağı keçirilib. İştirakçılara YAP-ın parlamentin buraxılmasına dair təşəbbüsü ilə bağlı ölkə prezidentinə ünvanlanan müraciəti imzalamaq təklif olunub. Lakin toplantıda iştirak edən deputatlardan biri  növbədənkənar seçkilərin keçirilməsinə öz kəskin etirazını bildirib: 
“O, yığıncaqda  seçkilərə hansı səbəbdən, hansı zərurətdən gedilməsi ilə maraqlanıb və yeni seçkilərlə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) gətirdiyi arqumentin heç də əsaslı olmadığını bildirib. Eyni zamanda, bitərəf deputatların müraciətinə imza atmaqdan imtina edib”,-deyə mənbə bildirib.
Mənbə daha sonra əlavə edib ki, dünənki (noyabrın 30-da)  toplantıda etirazçı deputatdan başqa digər bitərəf millət vəkilləri müraciətə imza atıblar. 

Mənbə həmin millət vəkilinin adını çəkməsə də, onun uzun illər müxalifət partiyalarında birində təmsil olunduğu və sonradan həmin partiyadan gedərək, müstəqil fəaliyyət göstərdiyini bildirib.