logo

Əli Həsənova yeni vəzifə verildi

23:22 01-12-2019 | icon 2352
Əli Həsənova yeni vəzifə verildi

Keçmiş baş nazirin müavini Əli Həsənov Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinə qəbul edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə təşkilatın idarə heyətinin üzvü, millət vəkili Elman Məmmədova məlumat verib.

“Əli Həsənovun iştirakı ilə kollegiyada iclas keçirilib. Onun Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinə üzvlüyü təsdiq edilib",- deyə E. Məmmədov bildirib.

Öz növbəsində təşkilatdan isə bildirilib ki, Əli Həsənovun idarə heyətinə qəbul edilməsi məsələsinin dekabrın sonunda həll olunacaq.

“Bu hələ rəsmi məlumat deyil. Dekabrın sonunda Dağlıq Qarabağın azərbaycanlı icmasının konqresi keçiriləcək və orada bu məsələ müzakirə edəcək", - deyə qurumdan bildirilib.(Modern.az)