logo

Lavrov Azərbaycana gəlir

21:18 01-12-2019 | icon 2331
Lavrov Azərbaycana gəlir

Dekabrın 2-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayır.

 YeniAvropa xəbər verir  ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

O, qeyd edib ki, səfər çərçivəsində Rusiya XİN başçısı ölkə rəsmiləri ilə görüşəcək. 

"Prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq , eləcə də regional məsələlər müzakirə olunacaq" - deyə XİN rəsmisi vurğulayıb.