logo

SOCAR neftçiləri dənizdən təxliyyə edir

18:30 01-12-2019 | icon 2345
SOCAR neftçiləri dənizdən təxliyyə edir

Sabahdan etibarən ölkə ərazisində, o cümlədən dənizdə hava şəraitinin kəskinləşəcəyi ilə əlaqədar olaraq
SOCAR dənizdəki yataqlarda çalışan neftçilərin təxliyyə tədbirlərinə başlayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-dan bildirilib.Qeyd edilib ki, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb.

Məlumatda bildirilir ki, bu gün səhərdən başlayan təxliyyə tədbirləri axşam saatlarınadək davam edəcək. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.