logo

AZAL-ın  346,9 milyon dollara aldığı yeni VİP prezident təyyarəsi Azərbaycana gətirilir

12:07 01-12-2019 | icon 4627
AZAL-ın  346,9 milyon dollara aldığı yeni VİP prezident təyyarəsi Azərbaycana gətirilir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC yaxın vaxtlarda B777-200 (LR) təyyarəsini Bakıya gətirəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu özünun "Facebook" səhifəsində "www.airsoc.com" saytına istinadla yazıb. 

Bildirilir ki, VIP hökumət nəqliyyatı üçün dizayn edilən təyyarədən "Boing" şirkəti indiyədək 59 ədəd istehsal edib. Bu təyyarənin alınması üçün AZAL 346 milyon 900 min ABŞ dolları və ya 589 milyon 730 min manat ödəyib. 5 ilə inşa edilən prezident təyyarəsi artıq AZAL-ın standart rənginə uyğun boyanıb. 

Xəbərdə bildirilir ki, sonuncu analoji təyyarə 2014-cü ilin dekabrında Ekvatorial Qvineya Respublikasına çatdırılıb.Bundan əlavə, dünyanın ən iri hava şirkəti operatorları olan "Delta Air Lines" (DL, Atlanta Hartsfield Jackson) və "Emirates" (EK, Dubai Int'l) öz aviaparkında 10 belə hava gəmisinə malikdir. Analoji hava gəmilərindən? həmçinin, "Qatar Airways", "Air Canada", "Ethiopian Airlines", "Air India", "Türkmənistan Hava Yollar"ı, "PIA - Pakistan Beynəlxalq Hava Yolları",  "Aviasiya Link", "Comlux Aruba", "İraq Hava Yolları" və "Air White" da da var. 

Qubad İbadoğlu qeyd edir ki, təyyarənin alınması üçün sərf edilən vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabər, 1 illik elm büdcəsindən 3 dəfədən, 1illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur. Bu vəsaitlə hazırda kənd yerlərində yaşayan 0-17 yaşlı uşaqların hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı. 

Onun sözlərinə görə, VİP B777-200 (LR) təyyarəsi Azərbaycan prezidentinin və 1-ci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub.

Xəbər aşağıdakı linkdə yerləşdirilib: http://airsoc.com/articles/view/id/5dde6581c4263c50418b4567/azerbaijan-s-azal-to-add-first-vip-configured-b777-200-lr?fbclid=IwAR37-mH4LqUG1dvdyADJlrd5AnD4lMa5jTV7IfzUQRTCN9IE2ivxtWEA7tM