Hacı Əliyev ALROSA kuboku yarışında qələbə qazanıb
Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.
Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi iki iştirakçı olduğundan bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) İkinci Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçimiz ertəsi gün Rusiya və dünya yığması qarşılaşmasında iştirak etmək hüququ əldə edib.
Hacımurad Hacıyev (74 kq) yarışda ilk görüşdə gürcü Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Ancaq yığma üzvləri bürünc medal qazanıb. Axşam seansında H.Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), C.Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.
Noyabrın 30-da həlledici qarşılaşmalar keçirilib. H.Hacıyev son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. İdmançımız son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. G.Edişeraşvili yerli idmançı Ramiz Həmzətova (4:7), Ş.Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) məğlub olub.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir