logo

Yeni "müxalifətçi"lər Lökbatanda 450 nəfərlə mitinq keçirdilər

20:20 30-11-2019 | icon 238
Yeni "müxalifətçi"lər Lökbatanda 450 nəfərlə mitinq keçirdilər

Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazasında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən verilən açıqlamada bildirilib.Qeyd edilib ki,  saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.