logo

Aygün Kazımovanın həbsdən çıxan qardaşı dünyasını dəyişdi

19:49 30-11-2019 | icon 2331
Aygün Kazımovanın həbsdən çıxan qardaşı dünyasını dəyişdi

Xalq artisti Aygün Kazımovaya ağır itki üz verib.

YeniAvropa xəbər verir  ki, A.Kazımovanın bir həftə öncə azadlığa çıxan qardaşı Kazım Kazımzadə uzun sürən ağır xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, Kazım Kazımzadə 20 noyabr 2019-cu il tarixdə ağır xəstəliyə görə cəzadan vaxtından əvvəl azad olunmuşdur. O, Bakı Ağır Cinayətlər məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Qeyd edək ki, noyabrın 15-də xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə gedərək, orada ağır durumda olan qardaşı Kazım Kazımzadəyə baş çəkib.

Allah rəhmət eləsin!