logo

AFFA prezidenti “Evro2020”nin  püşkatma mərasimində iştirak edəcək

17:57 30-11-2019 | icon 441
AFFA prezidenti “Evro2020”nin  püşkatma mərasimində iştirak edəcək

Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

YeniAvropa xəbər verir  ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakıdan da nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibində  AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, “Evro2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev yer alıb.