Sabahdan “Koroğlu” ətrafında qaydanı pozanlar cərimələnəcək
Dekabrın 1-dən etibarən Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun “Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq.
YeniAvropa xəbər verir ki, sürücülərə tövsiyə olunur ki, Heydər Əliyev prospekti şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini bunun üçün təşkil olunan cib tipli dayanacaq məntəqəsində etsinlər. Bunu edərkən nizamlı şəkildə növbəlilik qaydalarına əməl etmələrini və yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla nəqliyyatın hərəkətini məhdudlaşdırmamalarını xahiş olunur.
Xatırladaq ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı mənzil başına vaxtında çatmamalarına səbəb olur.
Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır. Eyni zamanda qeyd edilməlidir ki, həmin tarixdən etibarən Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsinə yaxın hissədə (Dakar dairəsi ətrafında) də texniki vasitələrin köməyi ilə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək. Bir daha bütün sürücülərə müraciət edərək onları dayanma, durma qaydalarına əməl etməyə və bir-birimizə qarşı nəzakətli olmağa dəvət edirik.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb