logo

Tbilisidə Gürcüstan hakimiyyəti ilə  müxalifətin görüşü keçirilir

13:49 30-11-2019 | icon 2520
Tbilisidə Gürcüstan hakimiyyəti ilə  müxalifətin görüşü keçirilir

Tbilisidə Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının nümayəndələrinin müxalifətlə görüşü keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, görüşdə parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Toplantıda ölkədə baş verən siyasi proseslər və müxalifətin seçkilərlə bağlı təkkif etdiyi "alman modeli" müzakirə olunur. Görüş Gürcüstanda akreditə olunmuş diplomatik korpusun təşəbbüsü ilə baş tutub.

Parlamentin sədri Arçil Talakvadze görüşdən öncə bildirib ki, hakimiyyət müxalifəti dinləməyə hazırdır: "Bugünkü görüşdə konkret arqumentlər nəzərdən keçiriləcək. Qərarları isə beynəlxalq tərəfdaşlarla birgə qəbul etməyə çalışacağıq".

Qeyd edək ki, Gürcüstanın 30-a yaxın müxalifət partiyası ötən gün seçkilərin "alman modeli" üzrə keçirilməsini dəstəkləyən memorandum imzalayıb. Sənəd ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (OSCE/ODHIR) təqdim olunub. (report)