logo

Baş nazir "Bibiheybət"də operativ müşavirə keçirdi

12:57 30-11-2019 | icon 2156
Baş nazir "Bibiheybət"də operativ müşavirə keçirdi

Noyabrın 30-da baş naziri Əli Əsədovun rəhbərliyi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli  Səbail rayonu ərazisində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yerində olublar.

YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əraziyə baxış keçirildikdən sonra mütəxəssislərin də iştirakı ilə operativ müşavirə keçirilib, sürüşmənin mümkün səbəbləri, mövcud vəziyyət müzakirə edilib. Məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılması, sürüşmənin nəticələrinin qısa müddətdə aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.