logo

Tbilisidə Rus dili və mədəniyyəti mərkəzi açılacaq

10:43 30-11-2019 | icon 273
Tbilisidə Rus dili və mədəniyyəti mərkəzi açılacaq

Dekabrın ortalarında Tbilisidə Rus dili və mədəniyyəti mərkəzi açılacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu məlumatı jurnalistlərə Rusiyanın Gürcüstan ilə danışıqlar üzrə səlahiyyətli nümayəndəsi, senator Qriqori Karasin verib.

Onun sözlərinə görə, bu mərkəz Rusiya ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Xatırladaq ki, noyabrın 28-də Praqada Rusiya ilə Gürcüstan arasında vəziyyətin normallaşdırılmasına dair danışıqların növbəti mərhələsi keçirilib. Danışıqlarda bu məsələ də diqqət mərkəzində olub.