logo

Məhərrəm Əliyevə general-polkovnik rütbəsi verilməklə yenidən PA-da şöbə müdiri oldu

18:26 29-11-2019 | icon 2289
Məhərrəm Əliyevə general-polkovnik rütbəsi verilməklə yenidən PA-da şöbə müdiri oldu

Prezident İlham Əliyev noyabrın 29-da Məhərrəm Abış oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin başqa bir sərəncamı ilə Məhərrəm Əliyev ədliyyə nazirinin müavin vəzifəsindən azad edilib. 

Üçüncü bir sərəncamla isə Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Məhərrəm Əliyev bundan əvvəl (30 noyabr 2012-1 iyun 2017) Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri,  ədliyyə nazirinin müavini(5 iyun 2017 — bu günədək) vəzifələrində çalışıb.