logo

Süleyman İsmayılovun PA-dakı vəzifəsi dəyişdirildi

18:17 29-11-2019 | icon 2023
Süleyman İsmayılovun PA-dakı vəzifəsi dəyişdirildi

Prezident İlham Əliyev noyabrın 29-da Süleyman Abbas oğlu İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin ediməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Süleyman İsmayılov 19 iyul 2005-ci ildən bu günədək Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub.