logo

Prezidentin daha bir köməkçisi Kərəm Həsənov oldu

18:03 29-11-2019 | icon 2184
Prezidentin daha bir köməkçisi Kərəm Həsənov oldu

Prezident İlham Əliyev noyabrın 29-da Kərəm Əvəz oğlu Həsənovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Kərəm həsənov bundan əvvəl (19 may 2009 — 23 oktyabr 2019) Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.