logo

Prezident Şahin Əliyevin PA-dakı vəzifəsini dəyişdi 

17:57 29-11-2019 | icon 2205
Prezident Şahin Əliyevin PA-dakı vəzifəsini dəyişdi 

Prezident İlham Əliyev noyabrın 29-da Şahin Məhərrəm oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Şahin Əliyev bundan əvvəl Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin rəhbəri vəzifəsində çalışırdı.