logo

Fuad Ələsgərov haqda da yeni sərəncam var

17:42 29-11-2019 | icon 2352
Fuad Ələsgərov haqda da yeni sərəncam var

Prezident İlham Əliyev noyabrın 29-da prezidentin hərbi məsələlər və hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov barədə də sərəncam imzalayıb

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilsin".