logo

Prezident Əli Həsənovu vəzifədən azad etdi, şöbəsini isə ləğv etdi

17:33 29-11-2019 | icon 2310
Prezident Əli Həsənovu vəzifədən azad etdi, şöbəsini isə ləğv etdi

Prezident İlham Əliyev noyabrın 29-da Əli Məhəmmədəli oğlu Həsənovun  Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.  Sərəncama əsasən 24 il ərzində bu vəzifəni daşıyan Əli Həsənov həm prezidentin köməkçisi, həm ictimai-siyasi məsələlər üzrə şöbənin müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki,Prezident Administrasiyasının yeni strukturuna əsasən 1995-ci ildə yaradılmış ictimai-siyasi məsələlər üzrə şöbə tamamilə ləğv edilib.Ləğv edilmiş şöbənin səlahiyyətlərinin bir qismi yeni yaradılmış siyasi partiyalar, QHT-lər və qanunvericilik hakimiyyəti məsələləri şöbəsinə həvalə edilib.

Xatırladaq ki, İlham Əliyev son çıxışlarında tez-tez ideoloji işə cavabdeh olan dövlət orqanlarını tənqid edirdi. İdeoloji işə isə məhz Əli Həsənovun şöbəsi rəhbərlik edirdi.