logo

Kraliça da taxtını oğluna verir

17:11 29-11-2019 | icon 2471
Kraliça da taxtını oğluna verir

Böyük Britaniya kraliçası II Elizabet taxtını oğlu şahzadə Çarlza təhvil verəcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.Bildirilib ki,  67 il ölkəyə rəhbərlik edən kraliça 18 aydan sonra hakimiyyəti böyük oğlu, 71 yaşlı Uels şahzadəsi Çarlza təhvil verəcək.

Uzun müddətdir taxtda olan kraliçası II Elizabetin 95 yaşında təqaüdə çıxacağı bildirilib.

Qeyd edək ki, kraliçası II Elizabet 1952-ci il fevralın 6-da 25 yaşında hakimiyyətə gəlib.