logo

Prezident Dövlət Neft Fondunun yeni rəhbərini qəbul edib

16:32 29-11-2019 | icon 2485
Prezident Dövlət Neft Fondunun yeni rəhbərini qəbul edib

Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Azərbaycan Respublikasının Dövlət Neft Fondunun(ARDNF) icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, prezident İlham Əliyev imzaladığı sərəncamla Şahmar Mövsümov ARDNF-nin icraçı direktoru vəzifəsindən azad edib. Digər bir sərəncamla isə Şahmar Mövsümov prezidentinin köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İsrafil Məmmədov bu vaxtadək ARDNF-nin direktor müavini vəzifəsində çalışıb.