logo

İlham Əliyevə yeni köməkçi təyin edilib

16:05 29-11-2019 | icon 2324
İlham Əliyevə yeni köməkçi təyin edilib

 

Prezident İlham Əliyevə yeni köməkçi təyin edilib. 

YeniAvropa xəbər verir  ki, bu barədə müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləmiş Şahmar Mövsümov prezidentin köməkçisi vəzifəsinə təyin edilib. 

 "Mən Fondun fəaliyyətini yüksək qiymətləndirirəm. Məhz buna görə Fondun icraçı direktoru Şahmar Mövsümov mənim tərəfimdən Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Əminəm ki, o, köməkçi kimi islahatların dərinləşdirilməsi istiqamətində önəmli rol oynayacaqdır", - deyə İlham Əliyev bildirib.