logo

AŞ PA-da Azərbaycan parlamentinin buraxılmasından danışılıb

13:31 29-11-2019 | icon 2114
AŞ PA-da Azərbaycan parlamentinin buraxılmasından danışılıb

Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun və Daimi Komitəsinin iclasları keçirilib.

YeniAvropa xəbər verir  ki,  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclaslarda iştirak edib.

Büronun və Daimi Komitənin iclaslarında Səməd Seyidov prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Yeni Azərbaycan Partiyasının qəbul etdiyi son qərar haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə reallaşdırılan islahatlar geniş və əhatəlidir. İcra və məhkəmə hakimiyyətləri sahələrində ciddi islahatlar uğurla həyata keçirilib. Qanunverici hakimiyyət belə islahatlardan kənarda qala bilməz. Bu sahədə də islahatlara ehtiyac var. İslahatlar strategiyası sistemli olması üçün bütün hakimiyyət qollarını əhatə etməlidir. Məhz buna görə də Yeni Azərbaycan Partiyası qanunverici hakimiyyətin islahatlardan kənarda qalmaması üçün belə bir qərar qəbul edib. Qanunverici sistemdəki islahatlar ölkədə həyata keçirilən ümumi islahatların məntiqi nəticəsidir.