logo

Albaniyada zəlzələ qurbanlarının sayı 48 nəfərə çatıb

11:51 29-11-2019 | icon 2597
Albaniyada zəlzələ qurbanlarının sayı 48 nəfərə çatıb

Albaniyada üç gün əvvəl baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 48 nəfərə, yaralananların sayı isə 790 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Albaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Şidjak şəhərindən 10 kilometr şimal-qərbdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət Tirana və Durres şəhərlərinə daha çox ziyan vurub.

Məlumata görə, indiyədək dağıntılar altından 45 nəfər xilas edilib, onlardan üçünün vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatları davam edir. Yerli hakimiyyət orqanları dağıntılar altında hələ də insanların qala biləcəyini istisna etmir.