logo

YAP-ın parlamenti buraxmaq qərarı Milli Məclisə çıxarılır

10:59 29-11-2019 | icon 238
YAP-ın parlamenti buraxmaq qərarı Milli Məclisə çıxarılır

Bu gün Azərbaycan parlamenti daha bir ilkə imza atacaq. Belə ki, ötən gün hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisin buraxılması üçün kollektiv müraciət hazırlayıblar. Həmin müraciət artıq Milli Məclisdə daxil olub və bu gün keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacağı gözlənilir.

YeniAvropa xəbər verir  ki,bU gün həmçinin Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini də müzakirə edib başa çatdırmalıdır. 

Hakim partiyanın Siyasi Şurası parlamentin buraxılmasının zəruriliyini belə əsaslandırır ki, Milli Məclisin indiki tərkibi prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlarla ayaqlaşmır.

Xatırladaq ki, 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin nəticəsində formalaşmış 125 nəfərlik parlamentdə 11 siyasi partiya təmsil olunur. Parlamentdəki deputat mandatlarının əksəriyyəti (70) Yeni Azərbaycan Partiyasının üzvlərinə məxsusdur.  Yetərsay üşün isə 83 səs tələb olunur. YAP-a meyilli siyasi partiya və bitərəf deputatları da bura əlavə etsək, parlamentin buraxılması qərarının qəbulunda elə bir çətinliyin yaranmayacaq. 

Digər tərəfdən isə , Konstitusion prosedura əsasən  Milli Məclisin buraxılması üçün onun üzvlərinin əksəriyyətinin mandatlarından imtina etməsi əsas götürülə bilər. Prezident YAP-dan olan deputatların mandatlarından imtina haqda müraciətini əsas götürərək Milli Məclisin buraxılması və  növbədənkənar seçkilərin təyin edilməsi haqda sərəncam verəcək.