logo

Angela Merkel konfransda yıxılıb 

22:15 28-11-2019 | icon 2394
Angela Merkel konfransda yıxılıb 

Almaniya kansleri Angela Merkel Berlində keçirilən Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik Konfransında büdrəyərək yıxılıb.

YeniAvropa  "Gazeta.Ru"ya istinadən xəbər verir ki, kansler səhnəyə çıxarkən büdrəyib və yıxılıb, amma tez ayağa qalxaraq mikrofon önünə keçib.

Bundan sonra A.Merkel zarafatla pilləkənləri görmədiyini və növbəti dəfə onlardan mütləq istifadə edəcəyini deyib.

Qeyd edək ki, yerli mətbuatda son aylar səhhətində yaranan problemlər fonunda Angela Merkelin öz postunu vaxtından əvvəl tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Lakin Kansler bunları inkar edərək öz postunu vaxtından əvvəl tərk etməyəcəyini bəyan edib. 

Xatırladaq ki, 2018-ci ildə dördüncü dəfə Almaniya kansleri seçilən Angela Merkel 2021-ci ilə qədər bu vəzifəni icra etməlidir.