Bakıda Rumıniyanın Müstəqillik Günü qeyd edilib
Noyabrın 28-də Bakıda "Hilton" mehmenxanasında Rumıniyanın müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
YeniAvropa xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə hökumət rəsmiləri, Mili Məclis üzvləri, Bakıda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bu il əlamətdar bir hadisə- Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın 10 illik yubileyinin qeyd edildiyini bildirib.
“Bu 10 ildə strateji əməkdaşlığımız daha da güclənib. Bu gün nəqliyyat, enerji, ticarət, təhsil, mədəniyyət kimi bir çox sahələrdəki qarşılıqlı əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün çalışırıq ”, - deyə səfir səfir vurğulayıb. Diplomat daha sonra Azərbaycanın həm beynəlxalq miqyasda, həm də regiondakı rolunu qeyd edək deyib: “Bir ay bundan əvvəl Azərbaycan Qoşulmama Hərəkatının sədrliyinə başladı. Bu həm çox böyük diplomatik nailiyyət, həm də beynəlxalq məsuliyyətdir”.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.
“Diplomatik münasibətlərin 27 ili, strateji tərəfdaşlığımızın 10 ili ərzində böyük uğurlara nail olmuşuq. Ölkələrimiz arasındakı münasibətlər dövlət başçılarının iradəsi ilə daha da inkişaf edib. Azərbaycanla Rumıniya arasındakı qarşılıqlı sərmayələrin həcmi 120 milyon dollardan artıqdır. Hökumətlərarası birgə komissiyanın 5 iclası keçirilib, gələn il sayca altıncısının Azərbaycanda keçirilməsi gözlənilir”, - deyən nazir Rumıniya dövlətinin Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub