logo

Ankarada 9 İŞİD terrorçusu həbs olunub

17:42 28-11-2019 | icon 2359
Ankarada 9 İŞİD terrorçusu həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçiriblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əməliyyat nəticəsində barələrində həbs qətimkan tədbiri seçilən 10 nəfərdən 9-u saxlanılıb. Saxlanılan şəxslərin hamısı xarici ölkə vətəndaşlarıdır. Onların İŞİD terror qruplaşmasının sıralarında döyüşlərdə iştirak etdikləri bildirilir.

Türkiyə hökuməti İŞİD terrorçularını vətəndaşları olduqları ölkələrə göndərməkdə davam edir.

Daxili İşlər naziri Süleyman Soylu məlumat verib ki, dekabrın ilk günlərində İŞİD-in üzvü olan daha 11 nəfər Fransa vətəndaşı öz ölkəsinə göndəriləcək. Onların deportasiyası üçün sənədləşmə işləri başa çatmaq üzrədir.