logo

Əlverişsiz havaya görə minlərlə aviareys təxirə salınıb

12:54 28-11-2019 | icon 2408
Əlverişsiz havaya görə minlərlə aviareys təxirə salınıb

ABŞ aeroportlarının və aviaşirkətlərin administrasiyaları ölkədə kəskin hava şəraitinin yaranması ilə əlaqədar son iki gündə yüzlərlə reysi ləğv etməyə məcbur olublar.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Qayalı dağlarda qar qasırğası nəticəsində minlərlə reys təxirə salınıb. Sinoptiklərin sözlərinə görə, noyabrın 27-də güclü qar istiqamətini Qayalı dağlar regionuna və Orta Qərbə doğru dəyişib, Denverdə qar örtüyünün qalınlığı 25 santimetrdən çox olub.

Çikaqonun O`Xara beynəlxalq aeroportunda və Minneapolis/Sent-Pol aeroportunda ləngimələrin sayı daha çox olub: müvafiq olaraq 321 və 201 ləngimə. Noyabrın 27-nə olan məlumata görə, Birləşmiş Ştatlara və oradan istiqamət götürən 4500-dən çox reys qar qasırğası ilə əlaqədar ləngiyib.

ABŞ Milli Meteorologiya Xidmətindən bildiriblər ki, fırtına öz gücünə və miqyasına görə rekord səviyyədə ola bilər.