logo

İvanişvili: Hakim partiya dövlət çevrilişinə imkan verməyəcək

11:28 28-11-2019 | icon 2520
İvanişvili: Hakim partiya dövlət çevrilişinə imkan verməyəcək

"Gürcüstanda heç bir çevriliş olmayacaq. “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası kifayət qədər güclüdür və buna imkan verməz".

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Gürcüstanın hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili “İmedi” televiziyasına müsahibəsində söyləyib.

“Bu gün ölkə müxalifətinin Eduard Şevardnadzenin hakimiyyəti dövründə olduğu kimi, dövlət çevrilişi etmə şansı yoxdur. Bu, ağlasızmazdır. E.Şevardnadzenin zəif komandası var idi. Amma “Gürcü arzusu” kifayət qədər güclüdür”,-deyə o, vurğulayıb.

Birləşmiş müxalifətdə təmsil olunanları müflisləşmiş siyasətçilər adlandıran partiya sədri deyib ki, proporsional seçki sisteminə keçidin baş tutmamasında dramatik heç nə yoxdur. “Siyasətçilərin söz verib və onu yerinə yetirməmələri ilə bağlı dünya təcrübəsi var. Bu gün prosesləri küçəyə çıxarmağa da ehtiyac yoxdur”, – deyə B.İvanişvili vurğulayıb.

Xatırladaq ki, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası gələn il parlament seçkilərinin proporsional seçki sistemi ilə keçiriləcəyini vəd edib. Lakin parlament çoxluğuna malik hakim partiyanın deputatları müzakirələr zamanı qanun layihəsini təsdiq etməyib. Bu isə müxalifət partiyalarının etirazına səbəb olub.