logo

Bu gün “Qarabağ” lider "Sevilya"ya qarşı meydana çıxır

10:10 28-11-2019 | icon 2996
Bu gün “Qarabağ” lider "Sevilya"ya qarşı meydana çıxır

Bu gün UEFA Avropa Liqasında V tur oyunları çərçivəsində  “Qarabağ” qrup lideri "Sevilya"ya qarşı növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir  ki, Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecə saat 24.00-də başlayacaq.

Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.

Xatırladaq ki, 4 turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.