logo

Gürcüstan ilk dəfə Avropa Şurasına sədrliyə başlayıb

22:40 27-11-2019 | icon 2471
Gürcüstan ilk dəfə Avropa Şurasına sədrliyə başlayıb

Noyabrın 27-dən Gürcüstan ilk dəfə olaraq Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrliyə başlayıb. 

YeniAvropa xəbər verir  ki, bu münasibətlə bu gün Strasburqda mərasim təşkil olunub. Gürcüstan təşkilata sədrliyi Fransadan təhvil alıb. Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə simvolik açarı təqdim edib.

D.Zalkaliani AŞ-nin Nazirlər Komitəsində çıxış edərək Gürcüstanın təşkilata sədrliyi dövründə prioritetlərini açıqlayıb.

Qonşu ölkə sədrlik üçün dörd əsas prioritet müəyyən edib. Bunlara insan haqları və ətraf mühitin mühafizəsi, qərar qəbuletmədə vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi daxildir.

Xatırladaq ki, Gürcüstanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi 2020-ci ilin may ayına qədər davam edəcək.