logo

İlham Əliyev Xırdalanda yollarının  təmirinə 3,9 milyon manat ayırdı

19:20 27-11-2019 | icon 2254
İlham Əliyev Xırdalanda yollarının  təmirinə 3,9 milyon manat ayırdı

Prezident İlham Əliyev noyabrın 27-də “Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.