logo

Albalılıqda naməlum avtomobilin vurduğu piyada ölüb

18:15 27-11-2019 | icon 2198
Albalılıqda naməlum avtomobilin vurduğu piyada ölüb

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini F.Məmmədov naməlum avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində rayon sakini Rafiq İsmayılov idarə etdiyi “VAZ-21104” markalı avtomobili həmyerlisi E.Cəfərovun idarə etdiyi ekskavatora vurub və idarəetməni itirdiyindən yolun kənarındakı çökəyə düşüb. R.İsmayılov və sərnişini olan qardaşı qızı xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Hadisələrlə bağlı araşdırmalar aparılır.