Türkiyə Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsi Diyarbəkir vilayətində genişmiqyaslı əməliyyat keçirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, noyabrın 18-dən başlayaraq bir həftə boyunca davam edən əməliyyatlar nəticəsində ümumilikdə 558 kiloqram çəkidə narkotik maddə aşkarlanıb. Polisin saxladığı 30 nəfərdən 14-ü həbs olunub. Digər şübhəlilərlə bağlı araşdırmalar davam edir.