logo

Bu dəfə Azərbaycan və Ermənistanın deputatları qarşılıqlı səfərlər edəcəklər

12:52 27-11-2019 | icon 2268
Bu dəfə Azərbaycan və Ermənistanın deputatları qarşılıqlı səfərlər edəcəklər
Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra iki ölkənin deputatlarının da qarşılıqlı səfərləri müzakirə edilir.
YeniAvropa xəbər verir  ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Xəbərdə qeyd edilib ki, artıq bununla bağlı ölkə rəsmiləri ilkin müzakirələr aparıblar.
 
Qəzet yazır ki, rəsmi Bakı Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyanın ölkəyə gəlişinə veto qoyub. Bu, Zöhrabyanın AŞ PA-da Azərbaycanın ünvanına səsləndirdiyi ifadələrlə bağldır.
 
Zöhrabyan isə özünun "Facebook" səhifəsində Ermənistan XİN-nin müzakirələr zamanı bu şərti qəbul etməyəcəyinə ümid etdiyini qeyd edib.
 
Xatırladaq ki, noyabrın 17-dən 21-nədək üç erməni və üç azərbaycanlı jurnalistin qarşılıqlı səfərləri baş tutub. Azərbaycanlı jurnalistlər Yerevanda, Dilicanda və işğal altındakı Dağlıq Qarabağda olublar. Erməni jurnalistlər isə Bakı, Gəncə və Qubaya səfər ediblər.