logo

“Hyundai Motors” Seulda özünə 105 mərtəbəli inzibati bina tikir

12:10 27-11-2019 | icon 2401
“Hyundai Motors” Seulda özünə 105 mərtəbəli inzibati bina tikir

Cənubi Koreyanın tanınmış avtomobil şirkəti olan “Hyundai Motor Group”un baş ofisi üçün 105 mərtəbəli yeni inzibati bina inşa olunacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, gələn ilin əvvəlində paytaxt Seulda təməli qoyulacaq binanın 2026-cı ilədək istismara verilməsi nəzərdə tutulub. Artıq Seul bələdiyyəsi paytaxtda ən hündür göydələn olacaq binanın inşasına razılıq verib. Binanın smeta dəyəri barədə məlumat açıqlanmır.

Şirkətin məlumatında qeyd olunur ki, “Qlobal biznes mərkəzi” (Global Business Center) adlı binada ofislər, mehmanxana, mağazalar, sərgi zalları olacaq. “Hyundai Motor Group”un çətiri altında fəaliyyət göstərən 15 şirkətin baş ofisi də yeni binada yerləşəcək və burada təxminən 10 min işçi çalışacaq.

Qeyd edək ki, “Hyundai Motor Group”un 49 ölkədə 432 müəssisəsi və ofisi, o cümlədən 11 avtomobil zavodu fəaliyyət göstərir. Dünya üzrə ümumi işçilərinin sayı təxminən 280 min nəfər olan qrup yarandığı vaxtdan bəri “Hyundai” və “Kia” modelləri ilə 107,5 milyon ədəd avtomobil istehsal edib. Bundan başqa, “Hyundai Motor Group”un polad istehsalı və tikinti sektorunda da törəmə şirkətləri var.