logo

Bakı prokurorluğu özünü dənizə atıb intihar edən qızla bağlı məlumat yaydı

11:54 27-11-2019 | icon 2142
Bakı prokurorluğu özünü dənizə atıb intihar edən qızla bağlı məlumat yaydı

Bakı şəhər Prokurorluğu ötən gün paytaxtda intihara cəhd edən yeniyetmə ilə bağlı məlumat yayıb.

Şəhər Prokurorluğunun  YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə Bakı Ağ Şəhər Bulvarı ərazisində özünü dənizə atıb.

Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılıb. O, dərhal tibbi yardımın göstərilməsi üçün Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.