logo

Bu gün ATƏT-in sədrinin Azərbaycana səfəri başlayır

11:13 27-11-2019 | icon 2366
Bu gün ATƏT-in sədrinin Azərbaycana səfəri başlayır
Bu gün ,noyabrın 27-də  ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak Azərbaycana rəsmi səfərə gəlir.
YeniAvropa xəbər verir  ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində Miroslav Layçak Azərbaycan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşlər keçirəcək. Görüşlərdə ölkələr arasında , eləcə də Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri müzakirə ediləcək. 
Miroslav Layçak  noyabrın 28-də, günorta saatlarında  "Landmark" hotelində  Slovakiyanın Bakıdakı səfirliyinin açılış mərasimində iştirak edəcək. 
Azərbaycanda səfərini başa vuran ATƏT-in sədri Bakıdan Ukraynaya yollanacaq.