logo

Tbilisidə etiraz aksiyası bərpa olundu 

22:41 26-11-2019 | icon 2590
Tbilisidə etiraz aksiyası bərpa olundu 

Tbilisidə müxalifətin Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, etirazçıların tələbi dəyişməz olaraq qalıb.

Aksiyaçılar seçkilərin proporsional sistem üzrə keçirilməsini tələb edirlər.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiyada parlamentin binası bloklanmayacaq, belə ki, sabah qanunverici orqanın iclası keçirilməyəcək.

Parlamentin binasının girişlərinə polis əməkdaşları səfərbər olunub.