logo

Paytaxtdakı yol qəzalarında  4 nəfər ölüb

20:37 26-11-2019 | icon 2457
Paytaxtdakı yol qəzalarında  4 nəfər ölüb

Bu gün Bakının Qaradağ, Nizami və Binəqədi rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Tovuz rayon sakini Rövşən Cabbarovun idarə etdiyi “Hyundai” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişinlərindən Əminə Zeynalova hadisə yerində ölüblər.

Paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı paytaxt sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Binəqədi rayonunun S.S.Axundov küçəsində isə yolu keçən paytaxt sakini Pakizə Axundovanı Bakı şəhər sakini E.Əliquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub və piyada ölüb.

Hadisələrlə bağlı araşdırmalar aparılır.