logo

AQTA daha bir  şirniyyat sexinin fəaliyyətini dayandırdı

18:57 26-11-2019 | icon 2436
AQTA daha bir  şirniyyat sexinin fəaliyyətini dayandırdı

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhərində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Şəfəq küçəsi, 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Seymur Həsən oğluna məxsus “Balu” şirniyyat sexində noyabrın 21-də aparılmış yoxlama zamanı qida məhsullarının istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən norma, qayda və tələblərə əməl olunmadan şirniyyat məmulatları istehsal edildiyi üçün istehsal dayandırılıb.

Sexdə stehsal olunan məhsulların satışının qadağan olunması və satılan məhsulların ticarət şəbəkəsindən geri çağrılması ilə əlaqədar “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub.

Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması sahəsində ən sərt addımlar atılcaqdır.