logo

Bakıda növbəti Rusiya-NATO yüksək səviyyəli görüşü keçiriləcək

18:11 26-11-2019 | icon 2296
Bakıda növbəti Rusiya-NATO yüksək səviyyəli görüşü keçiriləcək

Bakı şəhəri növbəti dəfə Rusiya-NATO yüksəksəviyyəli görüşünə ev sahibliyi edəcək. 

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,bu barədə  Bakıda səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin noyabrın 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə məlumat verib. 

O, Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycanın dövlət rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu, sayca 3-cü  Rusiya-NATO yüksəksəviyyəli görüşü olacaq. Belə ki, ötən ilin dekabrın 12-də Bakıda II Rusiya-NATO yüksək səviyyəli görüşü keçirilib. Görüşdə NATO tərəfini Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrotti təmsil edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov  ilə NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti arasındakı ilk görüş bu ilin aprelin 19-da Bakıda gerçəkləşib.