logo

Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini müşahidə edəcək

17:59 26-11-2019 | icon 2380
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini müşahidə edəcək

Dekabrın 22-də Özbəkistanda keçiriləcək parlament seçkilərini Azərbaycandan olan müşahidəçilər də yaxından izləyəcəklər. 

YeniAvropa xəbər verir  ki, bu barədə  Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Diplomat qeyd edib ki, Azərbaycan nümayəndə heyətinə 10 nəfər daxildir.Onlardan 5-i Milli Məclisin deputatları və digərləri isə  ictimai təşkilatların nümayəndələridir.Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da müşahidəçi qismində dəvət olunub.

Səfir parlamentin qanunvericilik palatasına müəyyən olunmuş 150 yerə seçkilər keçiriləcəyini deyib. O qeyd edib ki, seçkilər 5 partiya arasında keçiriləcək. Bundan başqa, vilayət, şəhər və rayon üzrə şuralara seçkilər olacaq. Rəsmi şəkildə 750 namizəd qeydiyyatdan keçib ki, onlardan 310 nəfəri qadındır. Bu da 2014-cü illə müqayisədə 10 faiz çoxdur. Namizədlərin 32,2 faizi 25-40 yaş arasındadır.

Səfir bildirib ki, 10 milyon seçici 53 məntəqədə səs verəcək. 

Diplomat mətbuat konfransında Aral dənizində yaranan ekoloji problemdən də bəhs edib. O qeyd edib ki, Aral dənizinin quruması beynəlxalq ekologiyaya təsir edən məsələdir. Bu, ekoloji sistemin pozulmasına təsir edən amildir.

MDB çərçivəsində əməkdaşlıq əlaqələrindən danışan səfir bildirib ki, bu təşkilat çərçivəsində elm, mədəniyyət, iqtisadiyyat, siyasət, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq inkişaf edir.