logo

Sabiq bankir Cahangir Hacıyev məhkəmədən yenə bəraət istəyib

16:29 26-11-2019 | icon 2583
Sabiq bankir Cahangir Hacıyev məhkəmədən yenə bəraət istəyib

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apellyasiya şikayəti üzrə baxış iclası keçirilib.

 YeniAvropa xəbər verir  ki, prosesə hakim Həsən Əhmədov sədrlik edib.

Prosesdə C.Hacıyev və D.Xəlilov çıxış edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Proses dekabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.