logo

İranda terror aktı cəhdinin qarşısı alınıb

15:10 26-11-2019 | icon 2394
İranda terror aktı cəhdinin qarşısı alınıb

İranın Əsəluyyə şəhərindəki neft mədənlərində terror aktı cəhdinin qarşısı alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani məlumat verib.

O bildirib ki, noyabrın 16-da İranda iğtişaşlar başlanan kimi strateji obyektlərin mühafizəsi gücləndirilib. Terrorçular Əsəluyyədəki neft kəmərini və bir sıra qaz yataqlarını partlatmağa cəhd ediblər. Lakin xüsusi xidmət orqanlarının sayıqlığı nəticəsində terror aktı cəhdinin qarşısı alınıb.

Əli Şəmxani nəzərə çatdırıb ki, terror planı xarici dövlətlərdə hazırlanıb. Hazırda araşdırmalar aparılır.

Körfəzin sahilində yerləşən Əsəluyyə İranın böyük sənaye şəhərlərindən biridir. Burada zəngin neft və qaz ehtiyatına sahib yataqlar var.